Erməni terrorçularının lideri yenə Bakını təhdid etdi

772

Qarabağda gedən döyüşlərdə böyük itkilərə məruz qalan Qarabağ separatçı-terrorçularının rəhbəri Araik Arutyunyan yenidən terrorçu mahiyyətini nümayiş etdirib.

Sosialmedia.az xəbər verir ki, Arutyunyan Azərbaycanın mülki əhalisini vurmağa davam edəcəklərini qeyd edib.

Qeyd edək ki, bundan öncə Gəncədə mülki insanların yaşadığı ərazilərə raket zərbələri endirilməsinin məsuliyyətini Arutyunyan öz üzərinə götürüb. Bundan sonra Azərbaycan Baş Prokurorluğu Arutyunyana qarşı terrorçuluq ittihamı ilə cinayət işi açıb.