Sumqayıt şəhərində uşaq günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzi xidmət göstərəcək

494

İstedadlı Əlillər İctimai Birliyinin layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmətlər sifarişləri əsasında 2020 -ci il üzrə elan etdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Uşaq Günərzi Qayğı və İcma Əsaslı Reabilitasiya mərkəzlərin xidmətinin göstərilməsi (Sumqayıt şəhəri üzrə)” adlı müsabiqədə qalib olmuşdur.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihənin müddəti cari ilin 01 oktyabrdan -31 dekabradək davam edəcək. Layihənin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi qayğı, 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşaqlara isə icma əsaslı sosial reabilitasiya xidmətləri göstərməkdən ibarətdir. Layiə çərçivəsində 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası və onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi, eyni zamanda 0-18 yaşlarda sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi üzrə kompleks sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Günərzi qayğı xidmətləri üzrə:
• Sosial iş;
• Uşaqların qavrayış, emosional və fiziki inkişafına və onların sosial uyğunlaşmasına yardım, gündəlik həyat vərdişlərinin aşılanması, koqnitiv bacarıqların inkişaf etdirilməsi;
• Uşaqların maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili və ev tapşırıqlarının hazırlanmasına kömək edilməsi;
• Uşaqların inkişafı və onlara keyfiyyətli qayğının göstərilməsi istiqamətində ailələrə dəstək xidmətləri göstərilir.
İcma əsaslı sosial reabilitasiya xidmətləri üzrə:
• Sosial iş;
• Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya);
• Sosial-psixoloji dəstək;
• Sosiallaşma və ünsiyyət;
• Koqnitiv bacarıqlar və təhsil;
• Nitq problemləri;
• Hərəkət problemləri (fiziki inkişaf) xidmətləri göstərilir.
İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti.