Qanları ilə tarix yazan igidlərimiz- şəhid Cavid Manafov

2085

Hər bir ölkənin tarixini yazan igidləri var. Bizim də 30 illik həsrətimizə son qoyan, Azərbaycanımızın ərazi bütövlüyünü qanı ilə işgaldan azad edən ər oğullarımız,Qarabağ döyüşündə yeni tarix yazan igidlərimiz var.Onlar haqqında dastanlar yazamaq belə azdır. Çünki bu gün işgaldan azad olunan torpaqları,bütöv Azərbaycan olmağımızı onlara borcluyuq. Bu igidlərdən biri ilə sizi tanış etmək istərdik.

Bir igidin tarixçəsi 04 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olan gəncimiz Manafov Cavid Faiq oğludur.
O, 15.09.2005-31.05.2016-ci ilədək Heydər Əliyev adına litseydə təhsil alıb,

15.09.2016-ci ildən-31.05.2020 ci ildək Bakı Dövlət Universitetinin (SEP)Psixalogiya fakultəsində təhsil alıb.

08 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb.
Müharibə başladığı gündən Füzuli,Cəbrayıl,Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.
31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb.

07 noyabr 2020-ci il tarixində şəhid olub.
Cavid şəhid olsa da, o Azərbaycan xalqının qəlbində daim yaşayacaq.Allah rəhmət eləsin!
müəllif Səbinə Kərimova