Qanları ilə tarix yazan igidlərimiz-şəhid mayor Babayev Nihad

1428

Azərbaycan elə bir torpaqdır ki, ancaq qəhrəman igidlər yetişdirir.Bunu 27 sentyabrda başlayan “Vətən” müharibəsi dünyaya bir daha sübut etdi. Minlərlə igidlərimiz torpaq,vətən deyib orduya könüllü yazıldı və torpağımızı düşməndən azad etdi. Bu oğullar qanları ilə yenidən Azərbaycanımızın tarixini yazdı.

Qəhrəman igidlərimizdən biri də mayor Babayev Nihad Akif oğludur. O,1991-ci ilin avqust ayının 30-da Biləsuvar rayonunun Günəşli kəndində doğulub. Elə orta məktəbi də Günəşli kəndində bitirib. 2009-cu ildə Cümşid Naxçıvanski adına hərbi litseyi,2013-cü ildə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyanın uğurla başa vurmuşdur.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzidə leytinant rütbəsi alır və elə həmin ildən Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlı qrupun komandiri vəzifəsində çalışır. 2016-cı ildə isə Türkiyə Respublikasında hərbi ixtisaslaşdırma üzrə təhsil alır və ölkədə əlli zabiti keçə bildiyi təlimdən böyük müvəffəqiyyətlə keçir. 2018-ci ildə vətənə qayıdaraq, Xüsusi təyinatlı qrupun emto rəisi olur və gördüyü xüsusi xidmətlərə görə kapitan rütbəsi alır. 27 sentyabr 2020-ci il tarixində cənab Ali baş komandanın Vətən Müharibəsi başlanır qeyd etməsi ilə könüllü olaraq müharibəyə yollanır.

Torpaqlarımızın işgaldan azad edilməsin də bir çox sücaət göstərən Nihad da mayor rütbəsi verilir və oktyabr ayının 30-da Şuşa şəhərinin işgaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.Noyabr ayının 2-də Biləsuvar rayonun Günəşli kəndində dəfn olunur.
Nihadın hər zaman dediyini söz isə :- Biz bu yolu seçmişik, göz qırpmadan canımızdan keçməyə hazırıq yetərki azad və bütöv Azərbaycanımız olsun !

Allah şəhidlərimizə rəhmət eləsin!