Qanları ilə tarix yazan igidlərimiz-şəhid Akif Cabbarov

1705

Yüzlərlə erməninin içində mühasirədə qalan ,İkinci Qarabağ müharibəsinində qanları ilə tarix yazan igidlərimizdən biri 1997-ci il sentyabr ayının 20-də Şəmkir rayonu Könüllü kəndin də dünyaya göz açan şəhidimiz Cabbarov Akif Elxan oğlunu sizlər də tanıyın.

Orta məktəbi Şəmkir rayonu Könüllü tam orta məktəbdə bitirən Akif anası ilə birgə Sumqayıt şəhərinə köçür. O, uşaq vaxtından ağrının acının nə olduğunu bilib. Yaşadığı həyat heç də asan olmayıb,lakin hər igid kimi qəlbi vətən sevgisi ilə döyünüb. Mən torpaqlarımızın azad olması üçün sonuna qədər döyüşməyə hazıram deyərdi.

Beş il öncə anasını itirən Akif vətən borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra, Sumqayıt şəhərində fəhlə işləyir. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və sentyabr ayının sonunda müharibəyə yollanır.Oktyabr ayının 25-də Qubadlı,Zəngilan rayonu uğrunda gedən döyüşlərdə fəallıq göstərir. 27 nəfər döyüş yoldaşları ilə bərabər Qubadlı yaxınlığın da ermənilər tərəfindən mühasirəyə alınır və son nəfəslərinə qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb. Oktyabr aynın 30-da şəhid ailəsinə təhvil verilərək Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

müəllif : Səbinə Kərimova