“Sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin artırılması” layihəsi başa çatmışdır

232

“Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi “Sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin artırılması” layihəsinin icrasını başa çatdırmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Bu barədə Sosialmedia.az-a “Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyinin mətbuat xidmətindən bildirilib. Layihənin əsas məqsədi sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin ar-tırılması olan layihə fəaliyyətləri çərçivəsində sahibkarlığin inkişafı, biznes mühitin yaxşı-laşdırılması istiqamətində distant təlim, vebinar və məsləhət xidmətləri göstərilmişdir. Bu fəaliy-yitlər COVİD-19 pandemiyası şəraitində, elektron məlumatlandırma və Zoom konfrans vasitə-lərindən istifadə etməklə təşkil olunmuşdur.

Özünüməşğulluq və sahibkarliq fəaliyyətinə maraq göstərən 15 nəfər müxtəlif peşə, fəaliyyət qruplarını təmsil edən, öz biznesini qurmaq istəyən gənclərə və fərdlərə “Öz biznesinə başla” modulu üzrə distant təlim sessiyası, “Elektron Hökumət” portalı resurslarından istifadə” Sahib-karliq subyektlərinin qaz, su və elektrik təchizatı şəbəkələrinə qoşulma və istifadə prosedurları”, mövzuları üzrə vebinarlar keçirlmişdir. Eyni zamanda mühasibatlıq sahəsində peşəkarlığını artırmaq istəyən 8 nəfər fərdə ”Mühasibatlığın kompüterdə işlənilməsi” modulu üzrə 6 vebinar təşkil olunmuşdur. Layihəyə cəlb edilmiş iştirakçılar özünüməşğulluq və sahibkarlıq ideyalarının həyata keçirilməsi, biznes planın hazırlanması, elektron xidmətlərdən istifadə mövzularında göstərilmiş 48 məlumat-məsləhət xidmətindən faydalanmışdır. Müstəqil əmək fəaliyyətinə başlamaq üçün gənclər tərəfindən 9 məşğulluq təklifi irəli sürülmüş, 3 biznes planın ilkin varı-antı hazırlanmışdır.

Əldə edilmiş bilik və bacarıqlar, praktik vərdişlər benefisiarlara məşğulluğun təmin edilməsində və ailə gəlirlərinin artırılmasında alternativ seçim imkanı yaratmışdır.

Sahibkarlığın inkişafının təşviqi, biznes mühitin yaxşılaşdırılması üzrə fəaliyyətlər, layihə icrasın-da iştirak etmiş maraqlı tərəflərin birgə resursları hesabına davam etdiriləcəkdir.
İcra edilmiş bu layihəni “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsinə əlavə bir töhfə kimi qiymətləndirmək olar.