Vəziyyət pisdir: Almaniya da sərt karantinə keçir

189

Almaniya hökuməti Milad bayramından sonra sərt karantin rejimi tətbiq edəcək.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumata görə, ölkədə yalnız supermarketlər fəaliyyət göstərəcək.

Almaniya kansleri Angela Merkel hökumətin sərt karantin rejimi tətbiq etməyə məcbur olduğunu bildirib.

“Əlavə tədbirlər olmadan bu qışa dayana bilmərik”, – Merkel bildirib.

Onun sözlərinə görə, Milad bayramına qədər koronavirusa qarşı yeni plan işlənib hazırlanmalıdır.