Vaksinlərlə bağlı çox ümidverici xəbərlər var

138

Hazırda sınaqlar mərhələsində olan 30 vaksindən cəmi 7-si 3-cü klinik sınaq fazasındadır.

Sosialmedia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Vaksinlərlə bağlı çox ümidverici xəbərlər var. Eyni zamanda, müxtəlif ölkələrdən təkliflər var. Almaniya/ABŞ tərəfindən hazırlanan “BionTexh/Pfizer” vaksininin saxlanması çətindir. Effektivliyi 95%-dir. Digəri, Rusiyanın “Sputnik V” vaksini – 92%, ABŞ-ın “Moderna” vaksini 95%, “Oxford-Astarazenecra” – 70%, “Sinovac” (Çin) – 95% effektivdir.

Bu vaksinlərdən “Sinovac” bizə məlum olan ənənəvi üsullarla hazırlanıb. Ənənəvi vaksinlərlə onlarla ağır xəstəlikdən milyonlarla insan xilas olub.

Vaksin insan bədəninə infeksiya üsulu ilə yeridilir. İnsan bədəni ona zərər verməyəcək hala gətirilən virusun üzərində ona qarşı immunitet qazanmağı öyrənir”, – R.Bayramlı bildirib.