Prezident Alim Qasımova görəv həvalə etdi – Sərəncam

422

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb və Prezident fondun Müşahidə Şurasının üzvlərini təsdiqləyib.

Sosialmedia.az xəbər verir ki, Müşahidə Şurasının tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə yanaşı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, millət vəkili Fatma Yıldırım, rektorlar Fərhad Bədəlbəyli, Ədalət Muradov, Kamal Abdulla və xalq artisti Alim Qasımov daxil edilib.