Azad edilmiş ərazilərdə 10 seysmik stansiya qurulacaq

154

İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq.

Sosialmedia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək.

Q.Yetirmişli dövlət qurumlarından müvafiq icazələrin verilməsindən sonra seysmoloqların əraziyə səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçirəcəklərini vurğulayıb. Alim bildirib ki, seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı nəzərdə tutulur.

Alim həmin ərazilərdə işğaldan əvvəl də seysmik stansiyaların olduğunu bildirib: “Bildiyiniz kimi, ermənilər işğal olunmuş ərazilərdə hər şeylə vəhşi kimi davranıblar. Bizim hər şeyimizi – maddi mədəniyyət, tarixi abidələrimizi, evləri, eləcə də bütün digər infrastrukturu dağıdıblar. Bizim stansiyalar da erməni barbarlığına məruz qalaraq dağıdılıb”.