Elman Nəsirov əsgər və zabitlərin maaşlarının artırılmasını təklif edib

267

“Bu gün əsgər və zabitlərin maaşlarının azaldılması, yaxud qiymət artımı ilə bağlı xəbərlər tirajlanır. Bu xəbərlər ordumuzun böyük qələbəsi üzərinə kölgə salır”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, əsgər və zabitlərin maaşları məsələsinə çox diqqətlə yanaşılmalıdır: “Yayılan xəbərlərlə bağlı hələ də əsaslı açıqlama verilməyib. Azərbaycan dövləti tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu gün bizim əsgər və zabitlərimizin maaşlarının artırılmasına ehtiyac var. Buna bizim imkanlarımız da çatır. Nəzərə alaq ki, düşmən tərəfindən də bu tirajlanan xəbərlər izlənilir”.