Vüqar Süleymanov kollektivə təqdim olundu

170

Fevralın 4-də Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

Sosialmedia.az bildirir ki, ANAMA-dan Axar.az-a bildirilib ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, 2021-ci il 4 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.