Tiflis ana müxalifətin yeni liderini həbs etməyə hazırlaşır

129

Gürcüstan parlamenti prokurorluğun Vahid Milli Hərəkat Partiyasının sədri Niki Meliyanın deputat səlahiyyətlərinin dayandırılması barədə müraciətinin icrasına hazırlaşır.

Sosialmedia.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının parlament fraksiyasının sədri Mamuka Mdinaradze deyib. O, Niki Meliyanın taleyi ilə bağlı hər şeyin onun özündən asılı olduğunu bildirib. Mdinaradze Meliyanın onun üçün nəzərdə tutulan girovu ödəmədiyi halda parlamentin onun səlahiyyətlərini dayandıracağını və prokurorluğun onu həbs edəcəyini deyib.

Qeyd edək ki, Meliya “Qavrilov gecəsi” Gürcüstan parlamentinə müxalifətin hücumunu təşkil etməkdə ittiham olunur. Onun üzərinə qanunvericiliklə nəzərdə tutulan girov qoyulsa da Meliya bunu ödəməkdən imtina edib.