Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının rəhbəri ilə görüşüb

465

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının sədri Muhittin Özdəmirlə görüşüb.

 

SosialMedia.az-a verilən məlumata görə, Kamran Əliyev və rəhbərlik etdiyi heyətin Türkiyə Ədliyyə Akademiyasına səfəri çərçivəsində təşkil olunan görüşdə “iki dövlət, tək millət” şüarı ilə ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılı

 

Türkiyə Ədliyyə Akademiyasının sədri Muhittin Özdəmir rəhbərlik etdiyi qurumun xüsusən Türk dünyası və qardaş ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirdiyini və təxminən 94 ölkə ilə əməkdaşlıqlarının mövcud olduğunu bildiri

 

M.Özdəmir hər bir ölkənin çox dəyərli olduğunu, lakin Azərbaycan nümayəndələrini akademiyada qonaq etməkdən böyük qürur hissi keçirdiklərini vurğulayı

“Azərbaycanın Ədliyyə sisteminə verə biləcəyimiz töhfələri müzakirə edərək qarşılıqlı əməkdaşlığımızı davam etdirəcəyik. Türkiyə Ədliyyə Akademiyası olaraq biz Azərbaycanın hüquq sistemini daha irəli aparmaq üçün əməkdaşlığa hazırıq. İstənilən dəstəyi verə bilərik”

 

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev də özünü vətənindəki kimi hiss etdiyini və qardaş Türkiyə torpağında olmaqdan böyük sevinc hiss keçirdiyini qeyd edi

 

Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözlərinə xatırladan Kamran Əliyev bu sözlərin mənasının 44 günlük Vətən müharibəsində bir daha anlaşıldığını vurğulayı

 

“Türkiyə bizə daim dəstək oldu, qardaş olduğumuzu, dost olduğumuzu göstərdi. Biz bunu heç zaman unutmarıq. Türkiyə Ədliyyə Akademiyası ilə Azərbaycanın məhkəmə sisteminə töhfələri ilə bağlı görüşərək əməkdaşlığımızı inkişaf etdirməyi planlaşdırırıq. Türkiyə Respublikasına bizi ölkənizdə qonaq etdiyiniz və daim bizə dəstək olduğunuz üçün təşəkkür etməyi borc bilirik

 

İclasda həmçinin Türkiyənin Baş Prokuroru Bəkir Şahin, Baş prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri də iştirak edib.