Bakıda 4 otaqlı ev külə döndü

256

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.