Deputat: “Qazilərə sənədlərin verilməsi mexanizmi asanlaşdırılmalıdır”

97

“Vətən müharibəsində iştirak edən qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.

Deputat bildirib ki, qazilər üçün lazım olan sənədlərin alınması mexanizmini asanlaşdırmaq lazımdır: “Həmin o yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar”.