ABŞ Konqresdən iznsiz necə hücum edib?

155

Rəhbərliyin bu hücumları necə qanuniləşdirdiyini və Konqresin təsdiqi olmadan hansı qanuni əsaslarla bu addımı atdığını Amerika xalqının bilməyə haqqı var.

Sosialmedia.az xəbər verir ki, bunu ABŞ-ın Virciniya ştatının senatoru Tim Keyn ABŞ-ın Suriyada İranın dəstəklədiyi qruplara, eləcə də aviabazalara hücum etməsini şərh edərkən bildirib.

Y.Keyn dərhal Bayden hökumətinin Suriyadakı hücumla bağlı Konqresi məlumatlandırmasının vacib olduğunu deyib.

Nümayəndələr Palatasının üzvü, Demokrat Ro Kanna da Bayden administrasiyasını tənqid edib:

“Yaxın Şərqdə müharibələri bitirməyə çalışırıq, qarşıdurmaları alovlandırmağı deyil”.

Qeyd edək ki, ABŞ qırıcıları Suriyada İran hərbi obyektlərinə aviazərbələr endirib.