Ukrayna Rusiya ilə böyük müharibədən qorxmamalıdır

137

Ukrayna Rusiya ilə böyük müharibədən qorxmamalıdır. Kremlin prioritetləri başqadır.

Sosialmedia.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Dmitri Oreşkin danışıb.

“Putinin Ukrayna ilə yeni müharibəyə başlamaq üçün diplomatik, siyasi, hərbi, iqtisadi resursları yoxdur. Buna 95 faiz əminəm. Bu gün Ukraynanın başqa ordusu var. Putin buna getməyəcək. Bu, onun üçün hakimiyyəti itirməkdən daha təhlükəlidir… Rusiyanın Ukraynaya qarşı yeni təcavüzünə Qərb, yəqin ki, daha sərt reaksiya verəcək və Putinə öz imperiyasını genişləndirməyə və orada nüvə silahını yerləşdirməyə imkan verməmək üçün əlindən gələni edəcək. Ukrayna müharibəsi Putin üçün fəlakət olacaq”, – Oreşkin vurğulayıb.