Azərbaycan “PayPal” ödəniş sisteminin ölkədə işləməsi üçün işlərini davam etdirəcək

374

Bu il “PayPal” ödəniş sisteminin Azərbaycanda işləməsi istiqamətində nəzərdə tutulan işlər davam etdiriləcək.

Bunu SosialMedia.az-a “Azexport.az” portalının meneceri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, ötən il bu istiqamətdə görülən işlər pandemiya səbəbindən bir qədər ləngiyib: ““PayPal”ın Azərbaycanda işləməsi üçün qanunvericilikdə müəyyən məsələlər əks olunmalıdır. Biz çox istərdik, bu sistem ölkədə işləsin, çünki bu, elektron ticarət üçün həqiqətən də güclü bir mexanizmdir”.