Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qazax rayon MİHİ-nin əməkdaşları Qazax rayon Bala Çaylı kəndində qazi gizir Sanili Fəridi ziyarət ediblər –FOTO

1047

3 aprel 2021-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qazax rayon MİHİ-nin iştirakı ilə Qazax rayon Bala Çaylı kəndində Aprel Döyüşlərinin iştirakçısı və İkinci Qarabağ müharibəsi qazisi, gizir Sanili Fərid Kənan oğlu evində ziyarət olunub.

SosialMedia.az xəbər verir ki,Görüşdə 44 günlük Zəfərlə bitən Vətən müharibəsində xalqımızın ölkə başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən, ordumuzun qazandığı şanlı qələbədən, eyni zamanda Aprel döyüşlərində əldə edilmiş uğurlardan, strateji cəhətdən çox vacib Lələtəpə yüksəkliyinin azad olunmasından, bütün şəhidlərimizin qisasının alındığından, ərazi bütövlüyümüzün bərpa olunmasından danışılıb.