Dövlətimin aliliyinə güvənirəm-Mətanət Əsgərqızı

239

Dövlətimin aliliyinə güvənirəm!

Sosialmedia.az xəbər verir ki, müstəqil jurnalist,”Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı yazır: – Mən hər zaman çətinlikdə olan insanların yanında oldum. Kömək etdim.Xüsusi ilə şəhid ailələri və ümumiyyətlə həssas qrupların məsələlərinin həllində bacardığım qədər yanlarında oldum. 2015- ci ildən isə qeyri- döyüş şəraitində həlak olub, şəhid adı almayanların məsələləri ilə məşğul oldum.Dövlətin bütün qurumlarına müraciət etdim, görüşlərdə oldum. Şükür, millət vəkili Aydın Hüseynov bu günlərdə Milli Məclisdə məsələ qaldırdı.İnşallah, problem həllini tapar.

Çünki oğul evdən çıxıb əyninə hərbçi paltarı geyinirsə o, vətənin əmanətindədir. Qardaş Türkiyədə də hər hansı olayda( cinayət əməlindən başqa) həlak olan varsa o, şəhidlik statusu qazanır.

Bilirəm, valideynlər üçün çətindi.Övlad böyüt, kiminsə ehtiyatsızlığı üzündən balan həlak olsun… sözümün qısası, o valideynlər əmin olsunlar ki, balaları layiqli adlarını alacaqlar.Dövlətimin humanistliyinə inanıram. Çox açıqlamayacam, sadəcə hər məsələ qanun çərçivəsində həllini tapmalıdır.

Aksiyalar çıxış yolu deyil.MM- də bu barədə söhbət gedibsə, indiki halda belə addımlara yol vermək olmaz. Ümid edirəm ki, tezliklə o əsgərlərə şəhid adı veriləcək.