Əgər təhdid yaratmasalar, Rusiya geri dönəcək – Slutski

230

Əgər keçmiş iştirakçıların hərəkətləri də milli mənafeyimizə təhdid yaratmasa, Rusiya Açıq Səma Razılaşmasına geri qayıdacaq.

Sosialmedia.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Leonid Slutski deyib.

“ABŞ müqaviləyə qayıtmağı müzakirə etmədi, amma Rusiya müqaviləyə əməl etmək məcburiyyətindədir? Milli mənafeyə təhdid yaratmasalar, Rusiya müqaviləyə geri dönəcək”, – Slutski vurğulayıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Co Bayden administrasiyası Rusiya ilə imzalanmış Strateji Hücum Silahlarının (SHS-3) məhdudlaşdırılması ilə bağlı müqaviləni 5 il müddətinə uzatmaq niyyətində olduqları barədə açıqlama yayıb.