Çavuşoğlu: “Türkiyə ilə Misir arasında yeni mərhələ başlayır”

32

“Türkiyə ilə Misir arasında yeni bir mərhələ başlayır”.

SosialMedia.az-ın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə açıqlamasında deyib.

Nazir Türkiyənin Misirə səfir təyinatı ilə bağlı suala cavabında bildirib ki, bununla əlaqədar hələlik danışıqlar olmayıb.

“Bu haqda danışmamışıq. Nazir müavinləri və diplomatlar səviyyəsində bir görüş olacaq. Bu məsələ orada gündəmə gələ bilər, amma tarix hələ təyin olunmayıb. Sonra bir araya gələcəyik və bunların təfərrüatları müzakirə olunacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin hərbi çevrilişlə devrilməsindən sonra Türkiyə ilə Misir arasında münasibətlər gərginləşib və Misir rəhbərliyi Türkiyənin Qahirədəki səfirini “persona non qrata” elan etdikdən sonra rəsmi Ankara Qahirəyə yeni səfir təyin etməyib.