ABŞ-ın Əfqanıstan qərarı ilə bağlı – Şok nüanslar

66

ABŞ Əfqanıstanla bağlı ilan hekayəsinə dönən geriçəkilmə planını uzun müddətdir dilə gətirir. Ancaq heç cür Əfqanıstandan çıxa bilmir. Tərk etmək bir yana, Obama dönəmində əsgər sayı artırıldı. Bayden təqvimi açıqladı, ancaq bu qərar meydana yansıyarmı, baxacağıq.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli ekspert Coşqun Başbuğ deyib.

“Bu çəkilmə reallaşarsa, ABŞ hərbçilərini evinə aparacaq, yoxsa Ukrayna, Suriya, İraq, ya Afrikaya? – gözləyib, görəcəyik. Ancaq hara aparırsa aparsın, reallıq budur ki, ABŞ Əfqanıstanda “Bləkvotə” (Blackwater) kimi muzdlu hərbçiləri ilə Əfqanıstanı işğal etmiş durumdadır. Buraya yerləşdirilən qatil sürüləri aldıqları torpaqlarla dünya narkotik marşrutunun demək olar, tamamına nəzarəti ələ keçirməyi bacarıb. Əfqanıstan bu gün dünyada narkotikin qalası vəziyyətindədir və bu ünvan ABŞ bu ölkəni ələ keçirdikdən sonra yarandı. Artıq sistem oturuşub və əfqan mafiyası ABŞ-ın nəzarətinə keçib. Dolayısilə geriçəkilmənin bir xeyri yoxdur. Bu vəziyyətdə ABŞ Əfqanıstandan çıxmış olur?” – Başbuğ qeyd edib.

Qeyd edək ki, Prezident Co Bayden ABŞ qoşunlarının sentyabrın 11-nə kimi Əfqanıstandan tam çıxarılmasına qərar verib.