Şagirdlərinin sevimlisinə çevrilən gənc müəllimə

331

Bu gün savadlı və istedadlı bir müəllimə haqqında yazırıq. O, Xəzər rayonu Binə qəsəbəsində yerləşən Kəlbəcər rayon 37- nömrəli məktəbin seçilən müəllimlərindəndir.

Sosialmedia.az bildirir ki, Günel müəllimənin sinfində 28 şagird təhsil alır.Hər bir şagirdin özünə məxsus istedadı var. Sinifdəki şagirdlər fəal və bacarıqlı olmaqları ilə hər zaman seçilirlər.

Məktəb nəzdindəki bir çox tədbirlərin fəal iştirakçılarıdırlar.. Günel müəllimə təhsil sahəsindəki yenilikləri hər zaman yaxından izləyir və bunu sevimli şagirdlərinə ən yeni metodlar ilə tədris edir.

Günel müəlliməyə və onun şagirdlərinə uğurlar arzu edirik .