Rusiya hücuma keçmədən hərəkət etməliyik – Litva

218

Avropa Birliyi Ukraynaya qarşı hücum başlatmasını gözləmədən Rusiyaya yeni sanksiyaları müzakirə etməlidir.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis çıxış edib.

“Ukraynanın münasibəti və mövqeyi çox sakit, məqsədyönlü və hörmətə layiqdir”, – nazir vurğulayıb.

O, sanksiyaların “qırmızı xətt”in keçilmədən müzakirə edilməli olduğunu deyib.