Cəlilabadda ev yanıb

286

Cəlilabad rayonunun Boyxanlı kəndində yanğın hadisəsi baş verib.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, sahəsi 128 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.