QHT koxelar implant əməliyyatlı uşaqlara dəstək üçün toplantı təşkil etdi

381

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi , Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə İctimai Birliyin, Loqoritmika mərkəzində koxelar implant əməliyyatı olan uşaqlara dəstək göstərmək məqsədilə bir araya gəliblər.

Bu barədə sosialmedia.az-a QHT rəhbəri Cəmilə Çingizqızı məlumat verib. O bildirib ki, “Təşkilatımızın 250 uşaqdan ibarət koxelar implant əməliyyatı olan zəif eşidən uşaq qrupumuz var. Qrupun koordinatoru Mehriban xanım Hüseynovadır. Koxelar implant cihazı və əməliyyatı H.Əliyev fondu tərəfindən növbəli şəkildə pulsuz həyata keçirilir. Lakin bu cihazın hissələri (şunurlar, akumulyator, qurutma tablet, batareya və s.) çox baha olduğundan ailələr üçün əldə etmək çətindir.

Cihazın kiçik bir hissəsində olan pozğunluq, uşağın səsli dünyasını əlindən almaqdır. Səsdən məhrum olan uşaqların isə nitqi inkişafı dayanır. O üzdən cihaz hər zaman işlək vəziyyətdə olmalıdır ki, uşaqların əməliyyatı fayda versin. Uşaqlarımız cihaz taxdıqdan sonra loqoped, psixoloq seanslarına da mütləq şəkildə getməlidir.

Bir sözlə İmplant əməliyyatlı uşaqların ailələrinin məsrəfləri çoxdu. Qrupumuzda aztəminatlı ailələrin sayı da çoxdu. Təşkilatımızın bir şüarı var “Səssizliyin səsi olaq!”. Bu şüar bu dəfə körpələrə səs üçün səsləndi. Bu dəfə “Səssizliyin səsi” AzərMed şirkəti oldu.

Ramazan ayında xeyriyyə aksiyasından 30 a yaxın uşaq batareya və tabletlərlə təmin olundu. Eşitmə məhdudiyyəti olan gəncin anası kimi bu gözəl ayda bütün xeyirsevər insanlara, analar adından və təşkilatımız adından təşəkkür edirəm. ”