Koronavirusla bağlı SON STATİSTİKA

234

Dünyada 145 344 801 nəfərdə koronavirus aşkarlanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 3 085 284 xəstə ölüb, 123 344 649 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 669 121 nəfər), Hindistan (16 263 695 nəfər), Braziliya (14 172 139 nəfər), Fransa (5 408 606 nəfər) və Rusiyadır (4 736 121 nəfər).

Türkiyədə 4 501 382, İranda 2 335 905, Gürcüstanda 300 264, Ermənistanda isə 211 399 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (107 103 nəfər), İranda (68 366 nəfər) və Türkiyədə (37 329 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 307 980 nəfərin 4 274-ü ölüb, 272 575 xəstə sağalıb.