Suraxanıda qəza: Ölənlər var

329

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, Suraxanı rayonunda BMW və VAZ markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan VAZ markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.