Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş müsabiqəyə start verilib

2411

Ağstafa Regional Mədəniyyət İdarəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş müsabiqəyə start verib.

SosialMedia.az xəbər verir ki, idarənin tabeliçiyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərinin iştirak edəcəyi müsabiqədə fortepiano,vokal,tar, qarmon,kamança, saz,nağara,muğam nominasiyaları üzrə iştirakçılar qabiliyyətlərini nümayiş etdirəcəklər. Müsabiqə 2 turdan ibarət olmaqla 30 aprel 2021-ci il tarixinə qədər yerlərdə, 5 may tarixində isə Ağstafa şəhər Uşaq Musiqi məktəbində keçiriləçəkdir. Qaliblər Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif ediləcəkdir.

7 may  tarixində müsabiqənin qaliblərinin konserti təşkil ediləcəkdir.