Türkiyə XİN erməni terrorunun qurbanı olmuş türk diplomatlarla bağlı paylaşım edib

293

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) erməni terrorunun qurbanı olmuş türk diplomatlarla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.

SosialMedia.az-ın məlumatına görə, paylaşımda deyilir: “Yalanlar, sadəcə, tarixi təhrif etmir, günahsız canları da alır. Erməni terrorunun şəhid etdiyi həmkarlarımızı unutmadıq, əsla unutmayacağıq.

Rahat uyusunlar, heç bir yalana və təzyiqlərə boyun əyməyəcəyik”.

Paylaşımda erməni terrorunun qurbanı olmuş şəhid diplomatların siyahısı da yer alıb.