AKP-dən İYİ və CHP-yə: Nikoldan fərqiniz yoxdur

104

Soyqırım böhtanı ilə ölkəmizi arxadan vuran HDP-ni qınamadığınız və ittifaqa davam etdiyiniz müddətcə Baydendən fərqiniz yoxdur.

Sosialmedia.az xəbər verir ki, bunu AKP millət vəkili Alpay Özalan İYİ Partiyasının sədri Maral Akşənərə çağırışında deyib.

“Ölkəmizi “soyqırım”la ittiham edən paylaşımını israrla silməyən Canan Kaftancıoğlu CHP-dəki vəzifəsinə davam etdiyi müddətcə Paşinyandan fərqiniz yoxdur. HDP və Kaftancıoğlu ilə yürüməyə davam etsəniz, “erməni soyqırımı”nı tanıyırsınız deməkdir”, – Özalan qeyd edib.