Aşkenazinin Bakı mesajı: Təl-Əviv gözləyir…

283

Böyük ehtimalla Azərbaycanın yaxın müddətdə İsraildə səfirliyi açılacaq. Rəsmi Bakı birinci addım kimi Azərbaycanın İsraildə turizm və ticarət bürolarını açacaq. İsrail xarici işlər naziri Qabi Aşkenazi bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın onlayn iclasından sonra Tvitter hesabında belə yazıb: “Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir. Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır”.

Sosialmedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Bu məsələni yubatmağın yeri yoxdur. Kimdən və nədən çəkinirik? Əgər Azərbaycan rəsmiləri İsraili dost adlandırırlarsa, bu ölkədən aldığımız hərbi texnika müharibədə işimizə yaradısa, üstəgəl, Ermənistan da İsraildə səfirlik açıbsa, biz İsraildə səfirliyin açılmasını niyə ləngitməliyik? Sadəcə, səfirliyin Qüdsdə deyil, Tel-Əvivdə açılması doğru olar”, – politoloq bildirib.