Çexiya ABŞ-ın Rusiya siyasətinin girovuna çevrilib

194

Çexiya ABŞ-ın Rusiya siyasətinin girovuna çevrilib.

Sosialmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

O bildirib ki, diplomatların deportasiyası ikili əlaqələrə olduqca mənfi təsir edəcək:

“Diplomatlarımızı qovdular. Nə gözləyirdilər? Sakit şəkildə qəbul edəcəyimizi?! Bu səhifə bir çox fürsətlərin üzərində xətt çəkdi. Məsuliyyət tamamən Çexiyanın üzərindədir”.

Rusiya müxalifətindən danışan Medvedyev əlavə edib ki, bloger Aleksey Navalnı haqqında fikirləri hələ də dəyişməyib:

“Hələ də onun siyasi dələduz, siyasi karyerasını əsassız iddialar üzərində qurmağa çalışan və qəsdən yalan arqumentlərdən istifadə edən şəxs olduğunu düşünürəm”.