Müasir Gənclərin İnkişafına Dəstək ictimai birliyi “1001 Palıd” adlı yeni təşəbbüsə start verir

249

Sosialmedia.az xəbər verir ki, “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi “1001 Palıd” adlı yeni təşəbbüsə start verir.

Biləsuvar rayonunun Mərkəzi parkı ərazisinin müəyyən hissəsində palıd ağacları vardır. Ağacların altında minlərlə palıd fidanı cücərmiş, hətta bəzilərinin boyu 15-20 sm-ə çatmışdır. “1001 Palıd” ideyasının məqsədi o fidanları dipçəklərə köçürərək müəyyən ərazidə qulluq edib böyütməkdir.

Qeyd edirik ki, palıdı yetişdirməklə bağlı təşəbbüsə Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi şagirdləri artıq başlamışdır. Təhsil ocağımızın şagirlərinin bu xeyirxah davranışını dəstəkləyir və təşəbbüsü “1001 Palıd” adı altında ənənəvi olaraq hər il davam etdirməklə müəyyən olunmuş ərazidə palıd ağaclarını çoxaltmağı planlaşdırırıq.
Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və bizə ərazinin ayrılmasına Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir.

Layihə təşəbbüsünə 1 may-həftənin bu şənbə günü saat 10:00-da pandemiya qaydalarına riayət etmək şərti ilə rayonumuzun Mərkəzi parkında start veririk. Bizə qoşulmaq və bu tarixi təşəbbüsə dəstək olmaq üçün Sizi könüllülərimizlə birgə Biləsuvar Parkında gözləyəcəyik