Bakı sakinlərinin etirazına nazirlikdən cavab – Foto

403

Bakının Qaradağ rayonu Ələt qəsəbəsinin sakinləri qəsəbədaxili telefon və internet xəttlərinin yararsız vəziyyətdə olmasından şikayətlənirlər.

Sosialmedia.az bildirir ki, Sakinlər Axar.az-a bildirib ki, qəsəbənin 90%-də telefon xəttlərinin direkləri sıradan çıxıb, internet vaxtaşırı olaraq kəsilir. Onlar bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər etsələr də, nəticə ala bilməyiblər.

Məsələ ilə bağlı Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən saytımıza bildirilib ki, “Baktelecom” hazırda Bakı şəhəri və ətraf ərazilərdə köhnə və yeni binalar və yaşayış massivlərində keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Evədək optika” layihəsini icra edir:

“Layihə çərçivəsində mövcud mis xətlər ləğv edilərək müasir standartlara cavab verən fiber-optik xətlərlə əvəz olunur. Eyni zamanda məhdud infrastrukturlu ərazilərdə yeni fiber-optik şəbəkə inşa edilir.

Hazırda Ələt sakinlərinə simli və simsiz texnologiyalar üzərindən telekommunikasiya xidmətləri göstərilir. Sözügedən qəsəbədə rabitə xidmətlərinə olan tələbatı nəzərə alaraq, xətt şəbəkəsinin genişləndirilməsi fəaliyyət planımıza daxildir. Bu ilin sonunadək 2600 nömrə tutumlu fiber-optik şəbəkənin qurulması planlaşdırılır. Yenidənqurma işləri zamanı mis xətlər üzərindən xidmət alan 1900 mənzil optik şəbəkəyə keçiriləcək və 500 mənzil üçün rabitə xidmətlərinə yeni qoşulma təşkil ediləcək”.