Norveçi savaş meydanına çevirməyin! – Çağırış

303

Norveç hökuməti NATO bazalarının ölkə ərazisində yerləşdirməsi siyasətini dəyişdirməlidir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Norveç deputatları Hanna Berq və Lars Tveytenin müraciətində deyilir.

Onlar bildiriblər ki, Oslonun mövcud siyasəti NATO ilə Rusiyanın toqquşmasına gətirib çıxara bilər.

Deputatların sözlərinə görə, aprel ayında Norveç və ABŞ arasında hərbi sahədə əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləyə görə, Riqqe aeroportu amerikalı hərbçilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.

“Davam etməkdə olan Soyuq müharibənin aktiv müharibəyə keçməsini istəmirik. Norveçi iki supergücün döyüş meydanına çevirmək olmaz”.