Mingəçevirdə yaşayış binasında qaz partlayışı olub, yaralanan var

276

Mingəçevirdə mənzildə qaz partlayışı olub yaralanan var.

SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə hadisə bir qədər əvvəl baş verib.

Belə ki, hadisə Nəriman Nərimanov küçəsi 41 saylı yaşayış binasının 39-cu mənzilində baş verib. Vanna otağında qaz cihazı partlayıb.

Aidiyyatı qurum təmsilçiləri qapını açaraq köməksiz vəziyyətdə qalan 1984-cü il təvəllüd Məmmədova İlahə Məhəmməd qızını təhlükəsiz sahəyə çıxarıb və həkim briqadasına təhvil verib.

Yaralı koma vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yanğın və digər təhlükələrin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.