Poqosyan: 5 il sonra Türkiyənin vilayəti olacağıq

172

Əgər indiki hökumətin gündəmi işə salınarsa, beş il sonra biz Türkiyənin vilayətinə çevriləcəyik.

Sosialmedia.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəzin rəhbəri Tevan Poqosyan deyib.

“Düşmənimiz maraqlarını gerçəkləşdirir. Dövlətçiliyimiz 10 noyabrdan indiyə qədər hər gün əzab çəkir. Əslində biz 2018-ci ilin dekabrından əzab çəkirik, çünki o vaxtdan milli birlik formalaşmayıb”, – deyə o bildirib.