Liviyadan Türkiyəyə kritik təklif

286

Hər iki ölkənin rifahı naminə Türkiyə ilə xüsusi münasibətlər qurmaq qətiyyətimizi bir daha bildiririk. Liviyanın suverenliyini dəstəkləmək üçün xarici qüvvələrin və muzdluların ölkə ərazisindən çıxarılmasında Türkiyəyə işbirliyi təklif edirik.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Liviya xarici işlər naziri Necla əl-Mənguş çıxış edib.

“Bu həftə Türk Hava Yolları ilə Liviyaya birbaşa uçuşlara başlaması üçün görüş keçirəcəyik”, – Mənguş deyib.