Malayziyadan bəyanat: 200 min erməni ruslara kömək etdi

203

Baydenin “soyqırım” açıqlaması tarixi fırıldaqçılıqdır.

Sosialmedia.az xəbər verir ki, bu barədə Malayziyanın İslam Partiyasının yaydığı bəyanatda bildirilib.

“Tarixi mənbələrə görə, Sarıqamış əməliyyatı zamanı 100-200 min erməni Osmanlı imperiyasına qarşı ruslara kömək etdi. Buna görə də Osmanlı onlara sadiq olan erməniləri xəyanət edən ermənilərdən ayırdı və ikinciləri yurdlarından köçürdü. Bu dövrdə baş verənlər Co Bayden və Türkiyə düşmənlərinin dediyi kimi, ermənilərə qarşı soyqırım deyildi”, – bəyanatda qeyd olunub.