Bakıda 12 ağac yandı

72

Bakı şəhərinin Binəqədi rayonunda 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.