Bu il əlillik təyinatı ilə bağlı 80 min müraciət olub

395

“İndiyə qədər I, II və III qrup üzrə əlillik təyinatları aparıldı. Bu, sadəcə qrup təyinatı idi”.

SosialMedia.az-ın məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdül-Qədirov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə verilib.

O qeyd edib ki, əlilliyə görə qruplar artıq ləğv ediləcək. İnsan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq: “İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq. Eyni zamanda 10-30 faiz sadəcə istehsalat zədəsi, peşə xəstəliyi olduğu halda əlillik qiymətləndirilməsi aparılacaq. Burada bir çox aparıcı ölkələrin təcrübəsi öyrənilir. Agentlik sədri eyni zamanda qeyd edilib ki, bu il əlillik təyinatı ilə bağlı 80 min müraciət olub, onlardan artıq 25 mininə təyinat olub”.