Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

583

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən SosialMedia.az-a bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.