Azərbaycanda həkim koronavirusdan ölüb

288

Azərbaycanda həkim koronavirusdan ölüb.

Sosialmedia.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, ali dərəcəli neyrocərrah, neyroonkoloq Əmrəddin Rəcəbov bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub.

Xəstəxanaya yerləşdirilən həkim aparılan müalicələrə baxmayaraq, ötən gün xəstəxanada vəfat edib.

Bu barədə onun həmkarları, tibb işçiləri sosial şəbəkədə də paylaşım ediblər.