Kəlbəcərdən bayram görüntüsü – Foto

251

Azərbaycanın alban-udi xristianları azad edilmiş Kəlbəcərdə – Xudavəng monastırında Pasxanı qeyd edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Tvitter səhifəsində paylaşıb.

Müvafiq görüntülərin əks olunduğu fotonu dərc edən diplomat bildirib ki, udilər Azərbaycan xalqının əzəli dövləti olan Qafqaz Albaniyasının birbaşa davamçıları və dünyanın ən qədim xristianlarındandır.