Metro açılsın, açıq havada maska ləğv olunsun – Həkim

110

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev bu gün keçiriləcək brifinqlə bağlı təkliflər verib.

Sosialmedia.az xəbər verir ki, həkim açıq havada maska geyinmək məcburiyyətinin ləğv edilməsini təklif edib:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçiriləcək brifinqdə həftəsonu ictimai nəqliyyatın və metro nəqliyyatının fəaliyyətini bərpa etməyi, açıq havada fəaliyyət göstərən və qapalı məkanda yaxşı ventilyasiyası olan idman növlərinin, eləcə də üzgüçülük hovuzlarının işləməsinə icazə verməyi təklif və tövsiyə edirik”.