Ölkəmizdə koronanın yalnız bu ştammı var

89

Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb.

Sosialmedia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib:

“Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək”.