“QHT.AZ” SAYTINA HAKER HÜCUMU OLUB

472

Gün ərzində QHT.az saytına haker hücumları olub və saytın bütün xəbərləri bazadan silinib.

Sosialmedia.az bildirir ki, Bu barədə QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

“Məndə olan məlumata görə, bu hücumlar Azərbaycan ərazisində olan İP-dən həyata keçirilib və hazırda da davam etməkdədir. Buna görə saytı bağlamışıq. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırırıq.”

Qeyd edək ki, 2015-ci ildə yaradılan QHT.az saytı ixtisaslaşmış media orqanıdır və vətəndaş cəmiyyətinin inkişafına dəstək verməyi hədəfləyib.